logo
  • Kömək lazımdır? Bizə zəng edin:   +994707333135
Dostuna e-poçt göndərin

Malva (Alcea)

0.0₼

Malva (Alcea rosea), xalq arasında “Məxməri gül”, “Xəstəlik gülü” və ya “Hollandiya gülü” kimi tanınan, boylu gövdəsi boyunca düzülmüş iri, parlaq çiçəkləri ilə bağlara klassik, romantik bir görünüş bəxş edən çoxillik (və ya bəzi hallarda ikiillik) dekorativ bitkidir. Təbii şəraitdə arılar və tozlayıcıları cəlb etməsi ilə də ekosistem dostudur.

In stock

 Əkin texnologiyası:
• Əkin vaxtı: Aprel
• Əkin dərinliyi: 1–2 sm
• Toxumlar arası məsafə: 40–50 sm
• Sıra arası məsafə: 60 sm
• Torpaq: Dərin, qidalı
• Cücərmə müddəti: 14–21 gün ərzində

Temperatur rejimi: Cücərmə üçün ideal temperatur 18–22°C-dir. Günəşli və ya yarı kölgəli yerlərdə yaxşı inkişaf edir.
Suvarma qaydası: Su yalnız torpağa verilməlidir. Yarpaqlara və çiçəklərə su vurulmamalıdır. Torpaq nəm saxlanmalıdır, lakin artıq suvarma olmaz.
Suvarma tezliyi: Həftədə 1–2 dəfə, quraq havada daha tez-tez suvarmaq tövsiyə olunur.

Ölçü:
Bitkinin hündürlüyü: 100–180 sm.
Diametri: 40–60 sm.


Çiçək rəngləri: Ağ, çəhrayı, qırmızı və bənövşəyi rənglərdə olur.
Bitkinin dövrü: Çoxillik bəzək bitkisidir.
Paçkada toxumların sayı: 50 ədəd

Add your review

E-poçt adresiniz yayımlanmayacaq. Tələb olunan sahələr qeyd olunur *

Please login to write review!

Şəkillər yüklə

Looks like there are no reviews yet.