logo
  • Kömək lazımdır? Bizə zəng edin:   +994707333135
Dostuna e-poçt göndərin

Portulak (Portulaca grandiflora)

0.0₼

Portulak (Portulaca grandiflora) – alçaqboy, yayılan forması və parlaq, canlı rəngli çiçəkləri ilə bağları, balkonları və saxsıları bəzəyən birillik bəzək bitkisidir. Çiçəkləri sarı, çəhrayı, ağ, narıncı, qırmızı və ikirəngli tonlarda olur və günəş işığı altında tam açılır. Hər bir çiçək səhər açılıb axşama bağlanır, lakin gündəlik olaraq yeniləri çiçək açmağa davam edir. Əsas üstünlüyü odur ki, Portulak quraqlığa və zəif torpaqlara son dərəcə dözümlüdür. Günəşli sahələri sevir və minimum qulluqla maksimal vizual nəticə verir.

In stock

Əkin texnologiyası:
• Əkin vaxtı: Aprel-may
• Əkin dərinliyi: 0,5 cm
• Toxumlar arası məsafə: 15–20 sm
• Sıra arası məsafə: 25 sm
• Torpaq: Quru, qumlu
• Cücərmə müddəti: 10–14 gün ərzində

Temperatur rejimi: Cücərmə üçün ideal temperatur 22–26°C-dir. İstiyə və günəşə çox davamlıdır, quraqlığa dözümlüdür.
Suvarma qaydası: Torpağa suvarılır. Yarpaqlar və çiçəklər islanmamalıdır. Torpaq tam quruduqdan sonra suvarmaq kifayətdir.
Suvarma tezliyi: Yayda həftədə 1–2 dəfə, çox quraq havalarda artırıla bilər.

Ölçü:
Bitkinin hündürlüyü: 10–15 sm.
Diametri: Sürünən budaqları 30–50 sm-ə qədər yayıla bilər.


Çiçək rəngləri: Sarı, ağ, narıncı, çəhrayı, qırmızı və bənövşəyi – bir bitkidə bir neçə rəng ola bilər.
Bitkinin dövrü: Birillik, dekorativ torpaqüstü örtük bitkisidir.
Paçkada toxumların sayı: 200 ədəd

Add your review

E-poçt adresiniz yayımlanmayacaq. Tələb olunan sahələr qeyd olunur *

Please login to write review!

Şəkillər yüklə

Looks like there are no reviews yet.