logo
  • Kömək lazımdır? Bizə zəng edin:   +994707333135
Dostuna e-poçt göndərin

Fransız lavandası (Lavandula stoechas)

0.0₼

Fransız lavandası (Lavandula stoechas) – klassik lavandadan fərqli olaraq üst hissəsində “kəpənək qanadı”na bənzər ləçəkləri olan, həm vizual, həm də aromatik baxımdan cazibədar çoxillik bitkidir. Bənövşəyi, bəzən tünd mavi çiçəkləri və gümüşü-yaşıl yarpaqları ilə Aralıq dənizi tərzini əks etdirir. Günəşi sevən, quraqlığa davamlı və torpaq seçməyən bu bitki balkon, bağ və aromatik bitki küncləri üçün mükəmməl seçimdir. Arıları, kəpənəkləri və faydalı böcəkləri cəlb edir, eyni zamanda torpaq və hava keyfiyyətini yaxşılaşdırmağa yardımçı olur.

In stock

 Əkin texnologiyası:    
• Əkin vaxtı: Fevral-mart    
• Əkin dərinliyi: 0,5 cm    
• Toxumlar arası məsafə: 30–40 sm    
• Sıra arası məsafə: 50 sm    
• Torpaq: Quru, yaxşı drenajlı    
• Cücərmə müddəti: 14–21 gün ərzində    

Temperatur rejimi: Cücərmə üçün optimal temperatur 20–25°C-dir. Yetkin bitki istiyə və quraqlığa davamlıdır.    
Suvarma qaydası: Su torpağa verilməlidir. Yarpaqlara və çiçəklərə su vurmaq olmaz. Torpağın üst qatı quruduqca suvarmaq tövsiyə olunur.    
Suvarma tezliyi: Yayda həftədə 1–2 dəfə. Həddindən artıq suvarmadan çəkinmək lazımdır.  

Ölçü:    
Bitkinin hündürlüyü: 30–60 sm.    
Diametri: 30–50 sm.    
Çiçək rəngləri: Tünd bənövşəyi və bənövşəyi-mavi tonlarda, üst hissəsində çəhrayı və bənövşəyi "quş tükü" formalı ləçəklər.    
Bitkinin dövrü: Paçkada toxumların sayı: 30 ədəd  

Add your review

E-poçt adresiniz yayımlanmayacaq. Tələb olunan sahələr qeyd olunur *

Please login to write review!

Şəkillər yüklə

Looks like there are no reviews yet.